- İqtisadiyyat
- 18 Oktyabr 2012, 20:00
- 94
BP və ARDNŞ AÇG-də hasilatın azalmasını birgə aradan qaldırmaq istəyir
Bu həftənin əvvəlində “Azəri-Çıraq-Günəşli” bokunun işlənməsinin operatoru BP şirkəti ARDNŞ ilə birgə hasilatın azalmasını aradan qaldırmaq üçün tədbirlərə başlamaq qərarına gəliblər.
Hökumətdəki mənbə Turan agentliyinə bildirib ki, 11 oktyabrdakı hökumət iclasından sonra BP Group Plc və ARDNŞ prezidentləri telefonla AÇG-də hasilatın azalmasının aradan qaldırılması üçün əməkdaşlıq formalarını müzakirə ediblər.
Turan-ın müsahibi bildirib ki, Azərbaycan tərəfi bütün məsələləri hasilatın pay bölgüsü sazişi (PSA) çərçivəsində həll etməyi təklif edib. "Əvvəlcədən məsələ qoyduq ki, maraqların münaqişəsi yaranmasın deyə hüquq müstəvisindən kənar əməkdaşlıq istəmirik", - deyə o bildirib.
Bununla bağlı PSA-saziş şərtlərinə uyğun olaraq, Rəhbər Komitə alt komitəsi statusunda birgə işçi qrup yaradılacaq. Oraya ARDNŞ və ВР təmsilçiləri daxil olacaq. İlk görüş bu həftə keçiriləcək. Sonra daim təmas saxlayacaqlar. Onun işinin nəticələri Rəhbər Komitənin növbəti iclasına təqdim ediləcək. Orada konsorsiuma daxil olan bütün şirkətlərin və Azərbaycan hökumətinin təmsilçiləri iştirak edəcək. --12В—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz