British Airways Azərbaycandan olan sərnişinlər üçün aksiya keçirir
British Airways aviaşirkəti Azərbaycan əhalisi üçün Böyük Britaniya, Avropa, ABŞ və Kanada istiqamətində uçuşlara xüsusi tarifləri təqdim edir.
“Biz 2015-ci ildə insanlara ildə bir dəfədən artıq səyahət etmək və müxtəlif ölkələrdə olmaq imkanını təklif etmək istəyirik. Səyahət etməyi xoşlayanlarüçün “BritishAirways” aviaşirkəti 2015-ci ildə ziyarət üçün ən yaxşı yerlərin siyahısını tərtib edib ki, bura uzaq yerlərlə yanaşı azərbaycanlı turistlərin sevdiyi cəlbedici Avropa və Şimali Amerika ölkələri daxildir”, - deyə“BritishAirways” aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis bildirib.
“Bizim 2015-ci il üçün olan top məntəqələr siyahısına Belçika, Braziliya, Böyük Britaniya və Xorvatiya kimi ölkələr daxildir, belə ki, bu ölkələr səyahətçilərə unikal və maraqlı əyləncələr təklif edir”, - Paolo de Renzisəlavə edib.
Yanvarın 5-dən iyunun 30-dək səyahət imkanı verən “BritishAirways”in bütün kabinlərinə biletlərin satışı yanvarın 11-dək davam edəcək. “WorldTraveller” salonu üçün Azərbaycandan Böyük Britaniya və Avropa istiqamətində tariflər 474 avrodan, ABŞ və Kanadaya 694 avrodan, “ClubWorld” salonu üçün isə Azərbaycandan Avropa istiqamətində biletlərin qiyməti 1 823 avrodan başlayır. Airways qış cədvəli ilə Bakıdan Londonun Hitrou aeroportuna gündəlik reyslər təqdim edir. 08D
-
- Cəmiyyət
- 6 Yanvar 2015 11:07
-
- İqtisadiyyat
- 6 Yanvar 2015 11:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz