British Airways yay tarifləri təklif edir
British Airways aviaşirkəti yay tətili mövsümü ərəfəsində Azərbaycan turistləri üçün xüsusi yay tarifləri təklif edir. “Yeni, endirilmli qiymətlər təqdim edərək, British Airways öz müştərilərinə qabaqcadan məzuniyyətlərini planlaşdırmaqa imkan yaradır” deyə British Airways aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə Kommersiya Direktoru Paolo De Renzis bildirib. “Qayıdışımızdan sonra, qısa müddət ərzində, mühüm artım əldə etmişik. Hazırda sərnişinlərimizin tələbatlarını nəzərə alaraq, yüksəlişi davam etdirmək niyyətindəyik. Buna görə, insanların yay istirahətinin daha rahat keçməsi üçün əlverişli qiymətlər və fürsətli uçuş imkanlarını təqdim edirik”, deyə o qeyd edib.
Xüsusi qiymətlərdən faydalanmaq üçün biletləri aprelin 9-dan 30-dək bronlaşdırmaq lazımdır. Tariflər müddəti aprelin 9-dan oktyabrın 31-dək olan səfərlərə şamil edilir.
Bakıdan Böyük Britaniya və Avropaya World Traveller sinifli aviabiletlərin qiyməti 465 avrodan, Club World sinifli aviabiletlərin qiyməti isə 1, 652 avrodan başlayır. Şimali Amerika istiqamətində World Traveller sinifli aviabiletlərin qiyməti 775a, Club World sinifli aviabiletlərin qiyməti 3,215a, First sinifli aviabiletlərin qiyməti isə 8, 685 avrodan başlayır..08D
-
- İqtisadiyyat
- 10 Aprel 2013 17:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz