- İqtisadiyyat
- 11 Noyabr 2014, 15:44
- 188
Brüssel 23 marta qədər ARDNŞ-nin DESFA şirkəti ilə qədi üzrə qərar çıxaracaq
Dövlət Neft Şirkəti Avropa Komissiyasının ARDNŞ ilə Yunanıstanın DESFA şirkəti ilə əqdini öyrənməsini normal sayır, deyə Rövnəq Abdullayev bildirib.
O deyib ki, “Avropaya, Yunanıstana bu layihə bizdən daha çox lazımdır. İnvestisiya qoymaq üçün daha mənfəətli layihələr var".
Əvvəllər məlumat verildiyi kimi, Avropa İttifaqının antiinhisar idarəsi ARDNŞ tərəfindən Yunanıstanın qaz nəqli operatoru DESFA-nın səhmlərinin alınması üzrə hazırlanan sövdələşmə ilə bağlı müvafiq yoxlamalara başlayıb.
“AK Yunanıstanın qaz bazarında rəqabətin azalacağından ehtiyat edirlər. Komissiya çalışır ki, DESFA-nın satılması Yunanıstanın rəqabətə ziyan vurmasın”, – deyə Avropa İttifaqının press-relizində bildirilirdi..
İdarə 2015-ci il martın sonlarında qərar çıxarmalıdır. AK-nın 90 iş günü vaxtı var. 23 mart 2015-ci ilə kimi qərar qəbul edilməlidir.
Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) 31 iyul 2013-cü ildə ARDNŞ-nin DESFA-nın 66% səhmini 400 mln avroya alması üzrə əqdi təsdiq edib. Dekabrda ARDNŞ HRADF və “Petroleum” şirkəti ilə müvafiq sazişlər bağlayıb.
ARDNŞ səhmlərin 31%-i hökumətdən, 35% Hellenic Petroleum SA-dan alır.
Yunanıstan qanunvericiliyi və Aİ-nin direktivinə əsasən, Avropa Komissiyası bu əqd üzrə yekin rəy verməlidir. –0--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz