BTC ilə 250 mln ton neft nəql edilib
İlin I yarısında Bakı-Tbilisi-Ceyhan kəməri ilə 14 mln 543,14 min ton Azərbaycan nefti (ötən ilin eyni dövründəkindən 4,2% az) nəql edilib.
ARDNŞ-nin məlumatına görə, iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 343 min 834 ton neft nəql olunub. Bunun 301,587 min tonu Türkmənistan və Qazaxıstan neftidir. Cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 milyon 543 min 140 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il iyul ayının 1-ə qədər BTC-yə 249 milyon 684 min 733 ton neft vurulub.
Bu ilin I yarısında Ceyhan limanında 14 mln 282,527 min ton neft (ötən ilin eyni dövründəkindən 4,8% az), iyunda 2 mln 579,385 min ton Azərbaycan neft yüklənib. BTC istismara veriləndən terminalda 247 mln 426,441 min ton Azərbaycan nefti yüklənib.
BTC-nin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Buraxılış qabiliyyəti ildə 50 mln ton neftdir.
Layihə iştirakçıları bunlardır: BP (30.1%); ARDNŞ (25.00%); Chevron (8.90%); Statoil (8.71%); TPAO(6.53%); ENI (5.00%); Itochu (3.40%); ConocoPhillips (2.50%); INPEX (2.50%), Total (5.00%) və ONGC (2.36%). --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz