Bu gün 13 dövlət əmlakı obyekti özəlləşdirilib
Bu gün, dekabrın 20-də dövlət daşınmaz əmlak obyektləri və avtonəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsi mətbuat xidmətinin məlumatına görə, hərracda 13 dövlət əmlakı obyekti satılıb.
Hərracda 3 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəllədirilən obyektlərin altısı Bakıda, qalanları regionlardadır.
Bir sıra obyektlər üzrə hərrac rəqabət şəraitində keçib. Ümumən, hərraclarda obyektlər start qiyməti ilə yeganə investora satılır. ƏMDK-nin məlumatına görə, növbəti hərrac 27 dekabrda keçiriləcək. Hərraca 81 daşınmaz əmlak obyekti çıxarılıb. 08D
-
- İqtisadiyyat
- 20 Dekabr 2016 13:48
-
- Cəmiyyət
- 20 Dekabr 2016 15:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz