Sumqayıtda metallurgiya kompleksi yaradılması barədə saziş imzalanıb
Bu gün, dekabrın 20-də Sumqayıtda müasir metallurgiya kompleksinin tikintisinə dair “Baku Steel Company” MMC ilə İtaliyanın “Danieli” şirkəti arasında saziş imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, sənədə əsasən, Sumqayıtda dəyəri 1,225 milyard avro olan dəmir konsentratından başlayaraq hazır polad təbəqələrinin istehsalını əhatə edən 5 müasir metallurgiya zavodunun tikilməsi nəzərdə tutulur.
Kompleksin tikintisi zamanı 4000-ə yaxın, müəssisə fəaliyyətə başladıqdan sonra isə 1200 nəfər işlə təmin olunacaq.
“Baku Steel Company” MMC-nin baş direktorunun müavini Ramin Kərimov deyib ki, poladəritmə zavodunun istehsal gücü 1 mln tondur. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və digər ölkələrə ixrac edilir.
İtaliyanın “Danieli” şirkətinin İdarə Heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti qeyd edib ki, yeni klasterdə yeni nəsil texnologiyalardan istifadə ediləcək.
Layihənin icra müddəti, eləcə də maliyyə mənbəyi barədə məlumat verilmir.
“Azerboru” ASC, keçmiş boru prokatı zavodu “Baku Steel Company”yə məxsusdur. Yeni metallurgiya kompleksi onun ərazisində yaradılacaq. 08D
-
- İqtisadiyyat
- 20 Dekabr 2016 14:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz