Bu gün Bakıda «Caspian Ecology 2016» sərgisi açılıb
Bu gün Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisi açılıb.
“Caspian Ecology 2016” Beynəlxalq sərgisində 14 ölkədən 61 şirkət iştirak edir. Onların arasında Böyük Britaniya, Almaniya, Danimarka, Çexiya və s. ölkələr var. Arkon Flow Systems (Çexiya), BLUCAST JSC (Litva), DIKKAN (Türkiyə) şirkətləri Caspian Ecology sərgisində ilk dəfə iştirak edir.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FHN sərginin ənənəvi iştirakçılarıdır.
“Caspian Ecology 2016” sərgisində təbii ehtiyatlardan səmərəli istifadə sahəsində layihələr, bərk məişət tullantılarının toplanması və emalı üçün sistemlər nümayiş etdirilir. Sərgi noyabrın 18-də başa çatır. Təşkilatçı Caspian Event Organisers şirkətidir. 08D
-
- Cəmiyyət
- 16 Noyabr 2016 11:54
-
- İqtisadiyyat
- 16 Noyabr 2016 12:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz