Buğda idxalı iki dəfə artıb
İlin I rübündə Azərbaycana 495 min 611,5 ton buğda tədarük edilib. Bu, ötən ilin eyni dövründəkindən 2 dəfə çoxdur.
Bu ilin ilk aylarında ölkədə buğda çatışmazlığı hiss edilib və Taxıl Fonduna nəzarət edən FHN xaricdən buğda alınmasını artırıb. Gömrük Komitəsinin məlumatına görə, buğdanın tonu $236,5-a idxal edilib.
Qazaxıstandan 42 min ton, Rusiyadan 453,6 min ton buğda alınıb.
Ötən il idxal edilən buğdanın orta qiyməti (1 mln 195,6 min ton) $245,8 olub. Yerli istehsal 1 450 min ton təşkil edib. Bu, 2013-cü ildəkindən 23,5% azdır.
Kənd Təsərrüfatı Nazirliyində Turan-a bildiriblər ki, yaxın günlərdə buğda yığımı başlayacaq. Bu il 540 min ha sahədə buğda əkilib. 08B
-
- İqtisadiyyat
- 4 İyun 2015 16:42
-
- Siyasət
- 4 İyun 2015 17:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz