Cavid Qurbanov: BTQ gələn ildən işləyəcək
Bakıda Bu gün Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası öz işinə başlayıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi başa çatıb. İndi ətraf ərazilər abadlaşdırılır. Türkiyə hissəsində işlər ilin sonu üçün başa çatacaq və ilin sonu üçün istismara veriləcək.
«Gələn ilin əvvəlindən Avropaya ən qısa yolla və daha ucuz yükdaşıma həyata keçirmək mümkün olacaq. Layihə çərçivəsində müxtəlif ölkələrlə Azərbaycan ərazisindən yük daşımalarının asanlaşdırılması barədə danışıqlar aparılır. Bu, yük axınının xeyli artması ilə nəticələnəck»,- deyə o bildirib. --17D—
-
- İqtisadiyyat
- 9 İyun 2016 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz