«Cənub Qaz Dəhlizi» QSC-nin maliyyə auditini Ernst & Young keçirəcək
«Cənub Qaz Dəhlizi» QSC “Ernst & Young Holdings (SİYAYES) B.V” şirkəti ilə 2014-cü ilin maliyyə auditi barədə saziş imzalayıb. Tərəflər 46 min manata razılığa gəlib.
SC 31 mart 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı $300 mln-dır. Səhmdarları İqtisadiyyat və Sənaye Nazirliyi – 51% və ARDNŞ-dir – 49%. Şirkət iki MMC-də ( “SGC Upstream” və “SGC Midstream”) 100% səhmə malikdir.
Sonuncu dəfə «Cənub Qaz Dəhlizi» QSC maliyyə hesabatını 30 sentyabr 2014-cü il üçün açıqlayıb. O vaxt maliyyə xərcləri $8,3 mln manat təşkil edib. Şirkətin istiqrazla uzunmüddətli öhdəlikləri $2 mlrd 273,2 mln olub. Bütün borc qiymətli kağızlarını ARDNF alıb. 2014-cü ilin noyabrında şirkət $252,2 mln-luq istiqraz emissiya edib.
«Cənub Qaz Dəhlizi» QSC prezident İlham Əliyevin 25 fevral 2014-cü il tarixli sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin həyata keçirilməsi və Cənub Qaz Dəhlizinin yaradılması məqsədi ilə təsis edilib. 08D
-
- İqtisadiyyat
- 5 Mart 2015 12:11
-
- İqtisadiyyat
- 5 Mart 2015 12:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz