- İqtisadiyyat
- 9 Oktyabr 2012, 18:31
- 204
CESD: BVF-in proqnozları real deyil
Beynəlxalq Valyuta Fondunun 2012-ci il üçün olan Azərbaycanın iqtisadi inkişafı haqqında nikbin proqnozu İqtisadi və Sosial Araşdırmalar Mərkəzi (CESD) tərəfindən şübhə ilə qiymətləndirilib. Mərkəzin ekspertləri hesab edirlər ki, neft sahəsində zəifləmə iqtisadiyyatın inkişafını ləngitməkdə davam edəcək.
BVF Azərbaycanın iqtisadi inkişaf sürəti ilə bağlı proqnozları xeyli şişirdib, bu barədə World Economic Outlook (WEO) 9 oktyabrı 2012-ci ildə dərc edilmiş hesabatında deyilir.
BVF Azərbaycan ÜDM-nin 3,9% (2012-ci ilin əvvəllərində verilmiş 3,1% proqnoza qarşı), 2013-cü ildə isə 3,1% (1,9%) artacağını gözləyir. 2017-ci il üçün proqnoz dəyişməz olaraq qalır – iqtisadi inkişaf 3,1%.
Ümumiyyətlə, MDB məkanında 2012-ci ildə 4%, 2013-cü ildə 4,1% səviyyəsində artım gözlənir. BVF həmçinin 2012-ci il üçün MDB üzrə inflyasiya proqnozunu 5,6%-dən 3%-ə qədər azaldıb. 2013-cü il üçün proqnoz 6,1%-dən 6%-ə, 2017-ci il üçün isə 6%-dən 5%-ə qədər azalıb. Bu zaman 2012-ci ilin sonuna Azərbaycanda inflyasiya 6,5% səviyyəsində proqnozlaşdırılır (əvvəlki göstərici 5,6%). 2013-cü ilin sonuna inflyasiyanın səviyyəsi 5,5% nəzərdə tutulur. -0-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz