Colgate-Palmolive-in Azərbaycandan getməsi haqda danışmaq tezdir
Bakı/13.09.17/Turan: "Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkətinin (Türkiyə) nümayəndəliyi sentyabrın 13-də Azərbaycanda ofisinin bağlandığını elan edib. Şirkət Bakıda 1996-cı ildən fəaliyyət göstərirdi.
Şirkətdə bunun səbəbini açıqlamırlar. Ancaq şəxsi gigiyena vasitələrinin istehsalı və satışı üzrə dünya şöhrətli şirkətin Azərbaycanı tamamilə tərk etdiyini söyləməyə də hələlik əsas yoxdur.
Son illər Bakıda Colgate-Palmolive ASC-nin nümayəndəliyi fəaliyyət göstərir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatlına görə, Azərbaycanda Colgate ticarət markası altında malların idxalı və daşınması ilə 2004-cü ildən fəaliyyət göstərən Mazarina şirkəti məşğul olur.
Bu gün BƏƏ-nin Globalink Logistics Group Limited şirkəti də 2010-cu ilin dekabrında açılmış Azərbaycan nümayəndələyinin bağlandığını bəyan edib. Bu nəqliyyat şirkətinin 32-dən çox ölkədə, o cümlədən Gürcüstan, Qazaxıstan, Ermənistan və s. nümayəndəlikləri var. 08D
-
- İqtisadiyyat
- 13 Sentyabr 2017 11:15
-
- Maliyyə
- 13 Sentyabr 2017 13:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz