Azərbaycanda otellər 31,4 milyon manat həcmində balans mənfəəti əldə ediblər
Bakı/13.09.17Turan: Bu ilin birinci yarısında mehmanxanalar və mehmanxana tipli digər obyektlər 136,6 milyon manat gəlir əldə ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, yerlşdirilən şəxslərin hesabına artım 42,9% təşkil edib.
Yanvar-iyun aylarında mehmanxanalarda 602 min adam yerləşdirilib ki, bunun 68,4%-ni əcnəbilər təşkil edib. Gecələmələrin sayı 1 mln. 81 min adam-gecə olub ki, bu da ötən ilin analoji dövründən 52% çoxdur.
Gecələmələrin 58,2%-i Bakının, 9,3% Qəbələ, 5,8% Qusarın payına düşüb.
İlk 6 ayda otellərin saxlanması üçün xərclər 105,2 mln. manat olub. Beləliklə, ilin birinci yarısında otellərin balans mənfəəti 31,4 mln.manat olub.
Bu il iyulun əvvəli üçün Azərbaycan otellərində 10 minə yaxın adam çalışıb ki, bu da ötən ilin müfaviq dövrü ilə müqayisədə 12% çoxdur. Sözügedən müddətdə mehmanxana işçilərinin orta aylıq əməkhaqqı 11% artaraq 580 manat olub. --08D--
-
- Cəmiyyət
- 13 Sentyabr 2017 10:29
-
- İqtisadiyyat
- 13 Sentyabr 2017 12:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz