Deka Bank on aylıq maliyyə yekunlarını açıqladı
"Deka Bank" ASC-nin aktivləri bu ilin yanvar-oktyabrında 10,2% artaraq 65,35 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 1,2% artaraq 51,85 mln manat olub.
Bankın ümumi öhdəlikləri 41,74 mln-dan 33,18 mln manata azalıb. Depozit portfeli 63,4% azalaraq 7,1 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 58,6% azalaraq 6,45 mln manat olub.
Balans kapitalı 32,17 mln manata çatıb. Məcmu kapital 97,9% artaraq 27,96 mln manat, ödənilmiş nizamnamə fondu 78,4% artaraq 23,99 mln manat təşkil edib.
Bankın gəlirləri 5,66 mln manat, xərcləri 2,53 mln manat olub. Vergi ödəniləndən sonra xalis mənfəət 3,13 mln manat təşkil edib. --15B--
-
- Siyasət
- 4 Dekabr 2013 16:10
-
- İqtisadiyyat
- 4 Dekabr 2013 16:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz