Dekabrda inflyasiya 4,4% olub – rəsmi
Dövlət Statistika Komitəsi yanvarın 13-də istehlak bazarında qiymət artımı göstəricisini açıqlayıb. Ona əsasən, 21 dekabrdakı 47,6%-lik devalvasiya fonunda mal və xidmət qiymətləri 4,4% bahalanıb.
DSK-ya görə, dekabr ayında ərzaq məhsullarının qiymətləri 4,5 faiz, qeyri-ərzaq məhsullarının 7,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,9 faiz bahalanıb.
2012-ci ildən Azərbaycanda alternativ inflyasiya hesablanması aparılmır. Amma qiymətlərdən görünür ki, ərzaq 20-40% bahalanıb. Məsələn, çörək dekabr devalvasiyasından sonra 30%, kərə yağı da təxminən o qədər bahalanıb. Ərzaq mallarının yerli istehsalçıları da qiymət artımını gizlətmir: «Azersun Holding» bəyan edib ki, dekabr devalvasiyasından sonra qiymətləri 25% artırmalı olub. 08D
-
- Cəmiyyət
- 13 Yanvar 2016 15:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz