DəmirBank Novruz bayramı ilə əlaqədar yeni kredit aksiyası keçirir
DəmirBank Novruz bayramı münasibəti ilə müştərilərə əlavə kredit imkanlari təklif edir.
1 – 26 mart 2013-cü il tarixlərində keçirilən aksiyada biznes və istehlak kreditləri üzrə minimum 6 ay müsbət kredit tarixi olan müştərilərə 1000 AZN-dək əlavə kredit təklif edilir. Müştərinin müsbət kredit tarixi müvafiq formula əsasında müəyyən edilir. DəmirBank-dan 5000 AZN-dək kredit götürənlərə 500 AZN, 5001 – 10000 AZN-dək götürənlərə isə 1000 AZN şəxsiyyət vəsiqəsi ilə, 12 ay müddətinə əlavə kredit verilir.
DəmirBank həmçinin kredit üçün müraciət edən müştərilərə şərtlər üzrə nəzərdə tutulan kredit məbləğinə əlavə olaraq 500 AZN kredit verir. Avtomobil, ipoteka, lizinq və tərəfdaşlıq çərçivəsində verilən kreditlər üzrə müştərilərə 500 AZN məbləğində əlavə kredit xətti açıla bilər. Bu aksiya 1–31 mart 2013-cü il tarixlərində keçirilir.
DəmirBank müştərilərə geniş çeşiddə kredit məhsulları - mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri təqdim edir. --15D--
-
- İqtisadiyyat
- 1 Mart 2013 16:15
-
- Siyasət
- 1 Mart 2013 17:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz