DəmirBankın saytında AzEuroTel ödənişlərini həyata keçirmək mümkündür
DəmirBank-ın internet saytında və filiallarında artıq AzEuroTel stasionar telefon (492, 497, 437, 504 və 505-lə başlanan nömrələr) və AzEuroTel ADSL internet ödənişlərini də həyata keçirmək mümkündür.
Bankdan verilən məlumata görə, plastik kart sahibləri BillPay on-layn ödəniş xidməti vasitəsi ilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, İnternet provayder və kabel TV xidmətlərinin onlayn ödənişini həyata keçirə bilər.
DəmirBank-ın internet saytında BillPay sistemi ilə on-layn ödəniş edənlər hər 1 manat üçün 100 bonus xalı əldə edirlər və toplanan bonuslardan istifadə edərək lotereyada iştirak hüququ qazanırlar. Lotereyada HP mininotu, Canon fotoaparatı, parfüm və məişət texnikası mağazasından 100 manatlıq kuponlar oynanılacaq. Lotereyanın 2-ci tirajı 21 dekabr 2012-ci il tarixində keçiriləcək.
Onlayn ödənişlər VISA və MasterCard beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsi ilə həyata keçirilir. --15D—
-
- İqtisadiyyat
- 1 Noyabr 2012 14:53
-
- Siyasət
- 1 Noyabr 2012 15:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz