Dolların məzənnəsi bir qədər bahalaşıb
Cümə axşamı Mərkəzi Bankın valyuta hərracında dolların məzənnəsi 1,7296 manatdan 1,7351 manata qədər bahalaşıb. Hərracda Dövlət Neft Fondu da iştirak edib.
Qeyd edək ki, bu, fevral ayı ərzində dolların manata nisbətdə ilk bahalaşmasıdır. Hələ fevralın 16-da hərrac başlamazdan əvvəl kommersiya bankları dollar və avronun alış-satış məzənnəsini bir qədər artırmışdı.
Bu gün kommersiya banklarında dolların alış məzənnəsi 1,72-1,75 manat arasında dəyişir. Satış məzənnəsi 1,80 manatdan başlayır.
Son üç gündə avronun alış-satış məzənnəsi nəzərəçarpacaq dərəcədə bahalaşıb.
Xatırladaq ki, fevralın birinci yarısında manat dollara nisbətdə 19 qəpik və ya 10% bahalaşıb, ekspertlər bunu bank səviyyəsində "valyuta möhtəkirliyi" adlandırıb. –71D-
-
- İqtisadiyyat
- 16 Fevral 2017 13:34
-
- Cəmiyyət
- 16 Fevral 2017 14:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz