Dondurma istehsalçısı 11,5 mln. manatlıq nizamnamə kapitalı ilə QSC-yə çevrildi
Azərbaycanda aparıcı dondurma istehsalçılarından biri olan “AER” firması “AER Company” QSC-yə çevrilib.
Mayın 1-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi şirkətin qapalı abunə yolu ilə yerləşdiriləcək səhmlərinin emissiya prospektini qeydə alıb.
Firma 15 il əvvəl Sumqayıtda Adil, Elşən və Rövşən qardaşları tərəfindən təsis edilib. Zaqatala rayonundan məcburi köçkün olan qardaşlar pərakəndə satış ilə məşğul olublar. 2007-ci ildə Avropadan Tetra Pak texnologiyası əsasında dondurma istehsalı üzrə müasir avadanlıq alıblar. Bu müddətdə qardaşlar Azərbaycan ərazisində öz bizneslərini genişləndiriblər, Gürcüstana dondurma ixracına və Qazaxıstanda filial açmağa nail olublar.
2011-ci ildə İqtisadi İnkişaf Nazirliyi “AER”in fəaliyyətində qalmaqallı yoxlama aparıb. Məhsulların tərkibində çatışmazlıqlar aşkar edilib, iri məbləğdə cərimə qoyulub, hətta firmanın direktoru həbs olunub.
“AER Company” QSC Azərbaycanda bir çox tanınmış və az tanınmış şirkətlərin səhmdar idarəetmə formasından imtina etməsi fonunda təsis edilib. Şirkətdən Turan-a bu qərarın qəbulu ilə bağlı səbəbləri açıqlamayıblar. Bir qayda olaraq, səhmdar tipi strateji investorun cəlb edilməsi zamanı istifadə olunur. 08B
-
- Cəmiyyət
- 3 May 2013 12:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz