Dövlət səkkizinci ildir ki, dəzgahqayırma zavodundan qurtula bilmir
Əmlak Məsələləri Dövlət Komitəsi səkkizinci dəfə “Dəzgahqayırma” İB-nin baş müəssisəsinin bazasında yerləşən “Bakı Dəzgahqayırma” ASC-nin 99,7% səhminin (890300 ədəd) satışı üzrə investisiya müsabiqəsi elan edib.
Ötən illə müqayisədə iddiaçılar qarşısındakı şərtlər demək olar ki, dəyişməyib. Yalnız əmək haqqı üzrə borcun məbləğinin ödənilməsi üçün həcm 24 min manatdan 17 min manatadək endirilib.
Müasir tələblərə cavab verən metalkəsmə dəzgahlarında istehsalata nail olmaq üçün iddiaçılardan müvafiq investisiya proqramını təqdim etmək tələb olunur. Müsabiqənin qalibi dövlət büdcəsinə ən azı 600 min manat köçürməlidir.
Ərizə və təkliflər mayın 6-dək qəbul olunacaq.
Qeyd etmək lazımdır ki, investisiya müsabiqəsinin keçirilməsinə dair qərar yalnız ƏMDK-nın mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunub. ƏMDK-nın saytının ingilis dili versiyasında investisiya müsabiqələrinin keçirilməsinə dair elanlar 2009-cu ildən yerləşdirilmir.
“Bakı Dəzgahqayırma” ASC 1982-ci ildə istismara verilir. Müəssisə 9 ha sahəni əhatə edir. ASC-də 40 nəfər çalışır. Beş il ərzində işçilərin sayı 31 nəfər azalıb. Müəssisənin kreditor borcları 2013-cü il martın 1-dək 56,3 min manat, debitor borcları 23,2 min manat təşkil edib. 08D
-
- Cəmiyyət
- 8 Aprel 2013 12:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz