Dövlətstatkomun investisiya xərcləri hesabatı
Aprelin 1-i üçün dövlət büdcəsinin əsaslı xərcləri 3 mlrd 125,9 mln manat (+7%) olub, Dövlətstatkom (http://stat.gov.az/news/?id=2228) məlumat verir.
İnvestisiyaların 70%-i istehsal obyektlərinin tikintisinə, qalan 936,4 mln manat və ya 30% xidmət obyektlərinə yönəldilib. Ənənəyə görə, investisiya xərclərinin üçdə ikisi (2,11 mlrd manat) hökumətin puludur. Qalan 1 mlrd 16,2 mln manat xarici maliyyədir. Ekspertlərə görə, bu, offşor zonalara çıxarılan yerli sahibkarların vəsaitidir.
Dövlətstatkoma görə, vəsaitlərin böyük hissəsi (56,2% və 1 mlrd 756,3 mln) qeyri-neft sektoru üçün nəzərdə tutulub (əsasən, tikinti üçün), qalan 43,8% və ya 1 mlrd 369,6 mln neft hasilatı üçün. Tikinti-montaj işlərinə 2 mlrd 106,86 mln manat ayrılıb.
Dövlət və özəl müəssisələrin investisiya xərcləri bərabərdir - 49,5% (1 mlrd 547,3 mln) və 50,5% (1 mlrd 578,6 mln manat).
Daha çox azalma büdcədənkənar fondlarda (-43,9%) və bank sahəsində (- 20,8%) olub.
Dövlətstatkom makroiqtisadi göstəriciləri prezidentin Nazirlər kabinetində çıxışından sonra açıqlayır. --17D—
-
- Bazarların icmalı
- 17 Aprel 2014 11:22
-
- Cəmiyyət
- 17 Aprel 2014 12:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz