Dövriyyəyə 4,8 mlrd manat buraxılıb
Yanvar-sentyabrda dövriyyəyə əlavə 4 mlrd 796 mln 59 min manat buraxılıb. AMB-nin məlumatına görə, ötən il oktyabrın 1-i üçün dövriyyədən 8 mlrd 851 mln manat çıxarılmışdı.
Yanvar-sentyabrda bankların kassa mədaxili 32 mlrd 416 mln 404 min manat (+7,7%) ekvivalenti olub. Fiziki və hüquqi şəxslərlə əməliyyatlar 19 mlrd 336 mln 966 min manatla liderdir. Hüquqi şəxslərdən 7 mlrd 916 mln 901 min manat, fiziki şəxslərdən 2 mlrd 420 mln 441 min manat mədaxil olub.
Bu dövrdə məcmu kassa məxarici 27 mlrd 674 mln 146 min manat (mənfi 7,73%) olub. Burda fiziki və hüquqi şəxslərlə əməliyyatlar liderdir – 11 mlrd 404 mln 805 min manat (mənfi 10,07%). Fərdi sahibkarların ödənişləri 6 mlrd 559 mln 9 min manat (mənfi 17,96%), pensiya və maaş ödənişi 8 mlrd 732 mln 712 min manat (+3,5%) təşkil edib. --17D—
-
- Siyasət
- 4 Noyabr 2015 19:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz