DQİ-yə tələb təklifdən 3,6 dəfə çox olub
Fevralın 21-də tədavül müddəti 182 gün olan qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərracda orta ölçülmüş gəlirlilik 15,76% olub. Bu, ötən ilin dekabrındakından 2,46% azdır.
İnvestorlara 10 mln manatlıq istiqrazlar təklif edilib. Bakı Fond Birjasının məlumatına görə, investorlar 36,2 mln manatlıq sifarş verib. Maliyyə Nazirliyi nominalı 100 manat olan kağızları 92,75 manata satıb.
Bu il Maliyyə Nazirliyi 700 mln manatlıq DQİ buraxıb. 08D
-
- Cəmiyyət
- 22 Fevral 2017 12:53
-
- İqtisadiyyat
- 22 Fevral 2017 13:35
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz