DSK istehlak qiymətlərində azalma qeydə alıb
Dövlət Statistika Komitəsi bu ilin yanvarında deflyasiya qeydə alıb: dekabrla müqayisədə istehlak qiymətlərində 0,2% azalma olub.
DSK-da Turan-a bildiriblər ki, yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb.
Qeyd edək ki, fevralın əvvəlindən yerli və idxal edilən ərzaq bahalanmağa başlayıb.
DSK ötən ay unun, toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, qarğıdalı yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə edib.
2012-ci ilin yanvarında Azərbaycanda inflyasiya 0,1%, 2013-cü ildə 1,2% olub. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz