DSK: İstehsalçılar məhsulların qiymətini artırmayıblar
2015-ci ilin dekabrında ərzaq məhsullarının qiyməti noyabr ilə müqayisədə 0,1% artıb. Dövlət Statistika Komitəsi (DSK) bildirib. Halbuki, dekabrın 21-də manat təxminən 48% devalvasiya olub.
DSK-nın məlumatına görə, dekabrda siqaret istehsal edən müəssisələr qiyməti cəmi 0,2% artırıblar. Lakin bu, həqiqəti əks etdirə bilməz. Belə ki, manat mövqeyini itirdikdən dərhal sonra pərakəndə qiymətlər təxminən 50% artıb.
Turan agentliyi şərh almaq üçün DSK-nın qiymət siyasəti şöbəsinə müraciət edib. Oradan bildirilib ki, qiymət dəyişikliyi haqda məlumatları istehsalçılar özləri təqdim edirlər və onların tərəddüdü zamanı rəsmi təqdim olunan məlumatdan istifadə edilir.
DSK qanunvericiliyə əsaslanaraq yerli siqaretlərin orta buraxılış qiymətlərini açıqlamayıb.
Xatırladaq ki, manatın ikinci devalvasiyası (21 dekabr 2015-ci il) mağazaların vitrinlərində özünü dərhal göstərib. Təkcə idxal mallarının deyil, yerli istehsallı mallarln da qiymətləri artıb. Bir neçə gün ərzində ərzaq mallarının qiyməti 10-30% artıb. 08B
-
- Cəmiyyət
- 15 Yanvar 2016 13:18
-
- İqtisadiyyat
- 15 Yanvar 2016 14:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz