- İqtisadiyyat
- 5 Aprel 2016, 13:35
- 162
Əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi 1 ay müddətinə dayandırılıb
Maliyyə Bazarlarına Nəzarət Palatası bu gündən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsini 1 ay müddətinə dayandırıb.
MBNP-nin məlumatında deyilir ki, bu gün bu məsələ Direktorlar Şurasının iclasında müzakirə edilib. Qərara alınıb ki, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılsın, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün zəruri tədbirlər görülsün.
Bununla əlaqədar, həmçinin, qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi 5 aprel 2016-cı il tarixindən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu da öz üzərində saxlayıb.
Xatırladaq ki, yanvarın 1-i üçn bankların kredit portfelinin (21 mlrd 718 mln) üçdə biri və ya 8 mlrd 383,6 mln manat istehlak kreditləridir.
AMB-nin məlumatına görə, 1 fevral üçün vaxtı keçmiş bank kreditləri 1,3 mlrd manat azalıb və 6,2% təşkil edib.
Kreditlərin 51,8%-i və ya 10 mlrd 979,5 mln manat xarici valyuta ilədir. --17D—
-
- İqtisadiyyat
- 5 Aprel 2016 13:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz