Açiq mənbələrdən foto.
"EkoFront" meşə ərazilərinin icarəyə verilməsi prosesində şəffaflıq tələb edir
Bakı/17.02.21/Turan: “EkoFront” vətəndaş təşəbbüsü Ekologiya və Təbii Sərvətlər Nazirliyinə meşə torpaqlarının icarəyə verilməsi prosesində şəffaflığın təmin edilməsi tələbi ilə müraciət edib.
“EkoFront”un sosial şəbəkədə yayılan bəyanatında meşə fondu torpaqlarının aqrobağ salınması məqsədi ilə zəbt edilməsi və mövcud kolluq, seyrək meşəlik ekosistemlərin məhv edilməsindən narahatlıq ifadə edilir. 2017-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8582 hektar meşə fondu torpağını icarəyə verib.
“EkoFront” vətəndaş təşəbbüsü deputat sorğusu ilə müəyyən edib ki, meşə ərazilərinin icarəyə verilməsindən üç il ərzində 217,8 min manat və ya ildə 16 manat əldə edilib. “EkoFront” nümayəndələri ictimaiyyətə açıq bir informasiya mənbəyi yaratmağı, icarəyə götürülmüş meşə ərazilərinin yeri barədə məlumat verilməsini təklif edirlər.
“EkoFront” bildirir ki, meşə fondunun boş sahələri meşə bərpası üçün nəzərdə tutulub. Meşə fondunda aqrobağ salınması tamamilə qanunsuzdur.
2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 10382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verir. Görülmüş tədbirlər çərçivəsində 527,3 hektar sahədə meşə əkinləri, 121,2 hektar sahədə meşə səpinləri işləri aparılıb, 68,5 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 9660 hektar sahədə təbii bərpaya kömək göstərilib. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21668,6 hektar təşkil edib. 08B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz