Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gec reaksiyası nəylə izah olunmalıdır?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xaricilər üçün qanunsuz ovun təşkilində ittiham edilən vətəndaş Vüsal Ağayevin cərimələnməsi barədə qəribə bəyanat yayıb.
Nazirliyin məlumatında deyilir ki, həmin şəxs bir neçə gün ərzində Saatlı rayonunda əcnəbilər üçün ov təşkil edib, lakin nazirlikdən müvafiq lisenziya almayıb.
Bu səbəbdən Azərbaycan təbiətinə böyük ziyan dəyib. Ölkənin heyvanlar aləmi haqqında qanununa əsasən Ekologiya Nazirliyi oktyabrın 14-də protokol tərtib edib və 18500 manat məbləğində cərimə müəyyən edib.
Lakin məlumatda pozuntu hallarının nə zaman baş verdiyi, xaricilərin kimlər olduğu açıqlanmır.
Xatırladaq ki, iki həftə öncə Dubay şahzadəsi Həmdan əl Maktut özünün çoxsaylı dəstəsi ilə növbəti dəfə Azərbaycana ova gəlib. Onlar bir neçə gün ölkənin bir çox rayonlarını gəziblər, şahin ovu təşkil ediblər. Bunu yalnız Ekologiya Nazirliyinin müfəttişləri də daxil olmaqla, gözdən əlil olanlar görməyə bilərdi.
Şahzadə getdikdən bir neçə gün sonra təbiəti mühafizə edənlər “birdən ayılaraq” günahkarları axtarmağa başlayıblar.
Qeyd edək ki, hələ şahzadənin Azərbaycanda ovda olduğu zaman nazirliyin nümayəndəsi jurnalistlərin suallarının cavabında bu ovun qanuni ya qanunsuz olduğunu bilmədiyini etiraf etmişdi. -02В-
-
- İqtisadiyyat
- 15 Oktyabr 2015 16:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz