Sığorta Nəzarəti Xidməti sığorta xidməti tariflərini artırmaq niyyətində deyil
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti hesab edir ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə tarifləri artırmağa əsas yoxdur.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin rəhbəri Namiq Xəlilov jurnalistlərə bildirib ki, bu seqment üzrə sığortaçıların ziyanla işləməsi səviyyəsi məqbuldur və başqa növlrdəkindən yaxşıdır. Amma mükafat portfeli azalır.
Sentyabrın 1-i üçün daha çox sığorta haqqı azalması titul və ipoteka sığortasında (ötən ilin eyni dövründə nisbətən mənfi 100%) olub.
Bundan başqa, ölümdən sığorta (mənfi 22,7%), bədbəxt hadisə və xəstəliklərdən sığorta (mənfi 18,8%), avtomobillərin КАСКО sığortası (mənfi 16%) və başqa növlərdə sığorta haqları yığımında azalma olub.
Su və hava nəqliyyatı, əmlakın yanğından və başqa risklərdən sığortası, əməkdaşların dələduzluğundan sığorta (mənfi 100%), peşə məsuliyyətinin sığortası 89%, AVSMMİS (83,9%) üzrə ödənişlər də azalıb. --17D—
-
- İqtisadiyyat
- 15 Oktyabr 2015 15:35
-
- Siyasət
- 15 Oktyabr 2015 16:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz