Əkrəm Həsənov: «Bank Standart» bağlamaqla hökumət bank sisteminə etimadı yox, pulu qorumağa üstünlük verdiyini göstərdi»
«Bank Standart»ın bağlanması əhalinin bank sisteminə etimadına mənfi təsir edəcək, deyə ekspert Əkrəm Həsənov hesab edir.
Bank eksperti Turan-a müsahibəsində deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu bankın sistemyaradıcı olduğunu etiraf edib.
«Bank Standart» bağlamaqla hökumət bank sisteminə etimadı yox, pulu qorumağa üstünlük verdiyini göstərdi», deyə Həsənov bildirib.
Ekspert hesab edir ki, «Bank Standart»ın bağlanması devalvasiya prosesinə də pis təsir edəcək.
«Bankın sağlamlaşdırılmasına 18 ay, kompensasiya ödənişinə 6 ay tələb olunur. İndi əmanətçilərə 460 mln manat qaytarılmalıdır. Bunun çoxu dollar əmanətidir. Əmanəti manatla qaytarılanlar onu dollarla dəyişəcək. Bütün bunlar valyutaya tələbatı artıracaq», deyə o bildirib.
Sentyabrın 30-da Maliyyə Bazarlarına Nəzarət Palatası «Bank Standart»ın bağlanması barədə qərar qəbul edib.
Bankdakı əmanətlərin həcmi 520 mln manatdır. Bunun 460 mln manatı sığortalanıb. 460 mln manat əmanətin 260 mln-u dollarla, 38 mln-u manatladır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının DŞ sədri Rüfət Aslanlı jurnalistlərə bildirib ki, maliyyə sabitliyini təmin etmək üçün AMB Əmanətlərin Sığortalanması Fonduna valyuta satacaq. 71В
-
- İqtisadiyyat
- 5 Oktyabr 2016 16:28
-
- İqtisadiyyat
- 5 Oktyabr 2016 16:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz