Hökumət SOCAR-ın verg yükünü artırır
2017-ci ilin dövlət büdcəsi layihəsində SOCAR-ın vergi yükü 1 mlrd 280 mln manat müəyyən edilib. Bu, 2016-cı ildəkindən 40 mln mant və ya 3,2% çoxdur. Bu barədə Maliyyə Nazirliyinin saytında məlumat verilir.
Gələn il SOCAR-ın xətti ilə vergi büdcə gəlirlərinin 8%-i təmin edəcək.
2016-cı ildə SOCAR-ın vergi ödənişi 1 mlrd 240 mln manat müəyyən edilib. İlin 8 ayında şirkət büdcəyə 900 mln manat ödəniş edib, neftin orta ixrac qiyməti $42,55 təşkil edib.
2015-ci ildə SOCAR dövlət büdcəsinə 1 mlrd 480,195 mln manat ödəyib. O vaxt neftin orta ixrac qiyməti $54 idi.
SOCAR dövlət büdcəsinə rekord vergini 2014-cü ildə ödəyib – 1,825 mlrd manat (neftin orta ixrac qiyməti $104).
Neftin qiyməti və SOCAR-ın investisiya xərcləri müqayisə ediləndə belə nəticəyə gəlmək olar ki, bu il hökumət büdcəni doldurmaq üçün şirkətdən pul alır. Eyni zamanda, hökumət SOCAR-a kömək etməyə çalışır: ehtiyac olanda nizamnamə fondunu artırmaq üçün vəsait ayırır, iri layihələrinə maliyyə dəstəyi verir. --12В--
-
- İqtisadiyyat
- 5 Oktyabr 2016 16:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz