«Badamdar Hotel» «Pullman» brendi altında fəaliyyət göstərəcək
Bundan sonra «Badamdar Hotel» «Accor Hotels» qrupuna məxsus «Pullman» brendi altında fəaliyyət göstərəcək.
Turan-ın məlumatına görə, bu gün Bakıda “Gilan Hollding” ilə “Accor Group” arasında müvafiq müqavilə imzalanıb.
Accor Hotels” şirkətinin MDB üzrə regional direktoru Aleksis Delaroff tədbirdə bəyan edib ki, Azərbaycan bazarına daxil olduqlarından çox məmnundurlar.
O bildirib ki, şirkət özü «Badamdar Hotel»i idarə etmək barədə «Gilan Hollding»ə müraciət edib.
«Accor Hotels»in 95 ölkədə «Pullman Hotels and Resorts» brendli 100-dək beşulduzlu oteli var.
Xatırladaq ki, «Badamdar Hotel» 2011-ci ildə «Keçpinski» brendi ilə açılıb. 2016-cı ildə «Keçpinski» brendi oteldən imtina edib və o, «Badamdar Hotel» adlanmağa başlayıb. 71D
-
- İqtisadiyyat
- 5 Oktyabr 2016 16:15
-
- İqtisadiyyat
- 5 Oktyabr 2016 16:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz