Elektron xidmətlərin təbliği ictimai şurası yaradılıb
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi nəzdində Elektron Xidmətlərin Təbliği İctimai Şurası yaradılıb. Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz qurumun rəhbəri seçilib.
Agentliyin rəhbəri İnam Kərimovun sözlərinə görə, ictimai şura ölkə prezidentinin 2012-2015-ci illər üçün açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı haqqında sərəncamına uyğun olaraq yaradılıb. “Vətəndaş cəmiyyəti heç vaxt olmadığı qədər güclüdür, buna görə onun təşəbbüsləri və iştirakı hökumət qurumlarının fəaliyyəti üçün vacibdir”, deyə o, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşdə bildirib.
Dövlət agentliyindən və İnternet Forumundan başqa ictimai şurada “Transparency Azerbaijan”, Korrupsiyaya qarşı Mübarizə Fondu, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Sahibkarlıq Təşkilatlarının Milli Konfederasiyası, “Hüquq və İnkişaf” İB, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası təmsil olunur.
İctimai Şura innovasiya xidmətlərinin əhalinin diqqətinə səmərəli şəkildə çatdırılması məqsədilə yaradılıb. Yaradılmış təşkilatın həm də dövlət qurumu və ictimaiyyət arasında körpü rolunu oynaması nəzərdə tutulur. -17D-
-
- İqtisadiyyat
- 6 Mart 2013 18:07
-
- Siyasət
- 6 Mart 2013 18:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz