ƏMDK-nin beş illik strateji planı üzərində iş başlanılıb
Dünya Bankının məsləhətçiləri Əmlak Məsələləri Dövlət Komitəsinin Beşillik Strateji Planının hazırlanması işlərinə başlayıb. Planın əsas məqsədi daha çevik, modern və şəffaf mexanizmlər hazırlanması, vətəndaşların və biznes qurumlarının daha müasir xidmətlərlə təmin edilməsidir.
ƏMDK mətbuat xidmətində Turan-a deyiblər ki, plan dövlət əmlakından istifadənin və özəlləşdirmənin səmərəliliyinin artırılması, elektron xidmətlərin geniş tətbiq edilməsidir.
Strateji plan bir il ərzində hazırlanacaq. Plan çərçivəsində özəlləşmə zamanı elektron xidmətlərin tətbiqi genişləndiriləcək.
Plan Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində həyata keçirilir. 08D
-
- İqtisadiyyat
- 13 Sentyabr 2012 16:16
-
- Söz istəyirəm
- 13 Sentyabr 2012 16:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz