Əmrahbank-ın əmanətləri dörddə bir artıb
"Əmrahbank" ASC-nin aktivləri yanvar-sentyabrda 12,2% artaraq 95,47 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 35,5% artaraq 68,28 mln manat olub.
Bankın ümumi öhdəlikləri 63,73 mln-dan 72,3 mln manata artıb. Depozit portfeli 8,4% genişlənərək 61,11 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 25% artaraq 43,21 mln manat olub.
Balans kapitalı 8,9% artaraq 23,17 mln manata, məcmu kapital 8,1% artaraq 22,75 mln manata çatıb. Ödənilmiş nizamnamə fondu 14,71 mln manat səviyyəsində qalıb.
Bankın gəlirləri 2,6%, artaraq 11,79 mln manat, xərcləri 21,2% azalaraq 10,43 mln manat olub. Vergi ödənilənədək xalis mənfəət 1,54 mln manat təşkil edib. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz