- İqtisadiyyat
- 11 Dekabr 2014, 12:42
- 165
ERİ sayının artımı keyfiyyət göstəricisi deyil
Elektron Rəqəmsal imzaların sayının artımı – məmur məsuliyyəti ilə kommersiya strukturlarının hökumət islahatlarına münasibətinin ideal indikatorudur.
Milli Sertifikatlaşdırma Mərkəzinin məlumatına görə, bu ilin dekabr 1-ə ERİ-nin ümumi sayı noyabrda 5,8% artımla 27 min 536 olub. Verilən imzalardan 16 min 616-ı dövlət strukturlarının, 4 528 hüquqi şəxslərə və 6 392 – “sadə vətəndaşlara” verilib. Bu rəqəmi 64 min MMC və 30 min dövlət quluqçusu ilə müqayisə etsək, bu proqramın üçdə birinin yerinə yetirildiyini görərik.
Bir müddət əvvəl Turan yazıb ki, ERİ vətəndaşların “Elektron hökumət” portalında (e-gov.az) olan dövlət idarələrinin elektron xidmətlərinə çıxışını asanlaşdırmaq məqsədi ilə həyata keçirilən islahatlar çərçivəsində tətbiq edilib. Təsdiq edilən elektron xidmətlərdən (451) portalda 312-i əlçatandır
Portala çıxış ERİ istifadə edilməsi, sahibkarların identifikasiya məlumatları, verifikasiya məlumatları (login və parol), həmçinin portalda qeydiyyatda keçəndən sonra elektron formada əldə edilən mobil autentifikasiya sistemi ilə mümkündür. --17D—
-
- İqtisadiyyat
- 11 Dekabr 2014 12:38
-
- Cəmiyyət
- 11 Dekabr 2014 13:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz