Expressbank-ın son emissiyası tam yerləşdirilib
"Expressbank" ASC-nin ümumi məbləği 8,6 mln manat olan səhmləri cümə günü Bakı Fond Birjasında yerləşdirilib.
Nominalı 273,20 manat olan 31 479 adi sənədsiz adlı səhmin emissiyası avqustun ortalarında qeydiyyata alınıb. Birjanın məlumatına görə, bütün səhmlər üç əqdlə (üç investor) satılıb. Anderrayter xidmətini "Unicapital" MMC göstərib.
Expressbank-ın ödənilmiş nizamnamə fondu 10,9 artaraq 87,41 mln manata çatıb.
Bankın səhmdarları 4 hüquqi şəxs, o cümlədən "ADOR" MMC (42%) və "Azenko qrup" (40%) MMC-dir. --15B--
-
- Cəmiyyət
- 4 Sentyabr 2012 11:53
-
- İqtisadiyyat
- 4 Sentyabr 2012 12:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz