«Еxpressbank»ın ziyanı 1 mln 473 min manata çatıb
2016-cı ilin 3-cü rübündə «Expressbank»ın aktivləri ötən ilin eyni dövründə nisbətən 3 mln 441 min manat (1,18%) azalaraq 287 mln 87 min manat olub.
Turan-ın məlumatına görə, hesabat dövründə bankın öhdəlikləri 2,19% (3 mln 188 min manat) artaraq 148 mln 551 min manata çatıb.
Bankın depozitləri 79 mln 505 min manatdır (artım18,4% - 12 mln 385 min manat).
Bankda hüquqi şəxslərin tələb olunanadək depozitləri 13 mln 625 min manat, fiziki şəxslərin tələb olunanadək depozitləri 6 mln 981 min manatdır.
Fiziki şəxslərin müddətli depozitləri 58 mln 899 min manat təşkil edir.
Bankın kapitalı 6 mln 628 min manat (4.5%) azalıb və 138 mln 537 min manatdır.
«Еxpressbank»ın ziyanı 1 mln 473 min manata çatıb.
Bank 214 mln 595 min manat kredit verib. Dövlətə 28 min manat, hüquqi şəxslərə 116 mln 546 min manat, sahibkarlıqla məşğul olan fiziki şəxslərə 29 mln 8 min manat, fiziki şəxslərə 69 mln 13 min manat kredit verilib.
Kreditlərin 83,36%-i qənaətbəxşdir. 71D
-
- Cəmiyyət
- 21 Noyabr 2016 13:03
-
- İqtisadiyyat
- 21 Noyabr 2016 13:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz