Fevral ayinda ərzaq məhsullarinin qiyməti sabit olaraq qalib
Fevral ayında paytaxtda və eləcədə respublikanın digər iri şəhərlərində ərzaq məhsullarının qiymətləri orta hesabla sabit olaraq qalıb. Son bir ayda ərzaq məhsullarından qarğıdalı yağı -7,7% və xaricdən gətirilən kərə yağlarının qiymətlərində isə orta hesabla-1,5% ucuzlaşma qeydə alınmışdır. Digər ərzaq məhsullarının qiymətləri isə dəyişməz olaraq qalmışdır. Mövsümlə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının qiymətlərində orta hesabla-5% artım müşahidə edilmişdir. Ərzaq məhsullarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqaisədə-1,5% bahalaşıb. Son bir ildə ən çox bahalaşan ərzaq məhsullarına mal əti-6%, qoyun əti-10%, un-12,5%, vermeşil-makaron-11%, süd məhsulları-15% göstərmək olar.
Ekspertlər son iki ayda ərzaq bazarında qiymətlərdə ciddi dəyişikliklərin müşahidə edilməməsini sevindirici hal kimi qiymətləndirirlər. Yaxın günlərdə isə “Novruz” bayramı ilə əlaqədar olaraq ərzaq məhsullarının və xüsusilədə quru meyvələrin qiymətlərinin bahalaşması istisna edilmir.
-
- Siyasət
- 6 Mart 2013 19:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz