FINCA Azerbaijan: müsbət kredit tarixcəsi olan müştərilərinə girovsuz kredit təklif edir
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı müsbət kredit tarixcəsi olan müştərilərinə krediti asanlaşdırıb. Yeni sadə kreditləşmə qaydaları təkrar müştərilərə krediti bir telefon zəngində təsdiq etməyi nəzərdə tutur.
Zəng əsasında filiala dəvət olunan müştərilərdən zamin və girov tələb olunmur, sadəcə müştəri müqavilə imzalayaraq vəsaiti əldə edir.
Məlumatda deyilir ki, təşkilatın asanlaşdırılmış kredit qaydalarının əsas məqsədi sahibkarlara hazırkı iqtisadi şəraitdə dəstək olmaq və onları asan və maneəsiz maliyyə resurslarına cıxış imkanları ilə təmin etməkdir.
Mayda Asiya İnkişaf Bankı mikrokreditləşməni asanlaşdırmaq, kənd təsərrüfatı krediti, kiçik və orta müəssisələrin kreditləşməsi üçün AccessBank, DəmirBank və Finca Azerbaijan-a $120 mln ayırıb.
Fransanın PROPARCO təşkilatı isə ilk dəfə FINCA Azerbaijan-a kənddə mikro və kiçik biznesi maliyyələşdirmək üçün 11,5 mln avro ayırıb.
FINCA Azerbaijan-ın kredit portfeli $200 mln-dan çoxdur. Kredit dərəcəsi komisyon da daxil 25% təşkil edir. –0--
Rəy yaz
-
- Cəmiyyət
- 2 Noyabr 2015 19:03
-
- İqtisadiyyat
- 2 Noyabr 2015 23:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
1 rəy
Günay
2025-02-10
Rəsmi iş yerim olmadan Kredit götürə bileremmi