Problemli kreditlərin xüsusi çəkisi artır
Azərbaycan Mərkəzi Bankı yanvar-sentyabr ayları üçün hesabatı dərc edib. Mərkəzi tənzimləyicinin məlumatına görə, oktyabrın 1-i üçün ümumi kredit portfeli 19 mırd. 113,5 mln. təşkil edib ki, bunun da 1 mlrd. 353,8 mln. manatını və ya 7,06% -ni problemli kreditlər təşkil edir.
Ötən il oktyabrın 1-i üçün göstərcilərlə müqayisədə uğursuz borclar 380,6 mln. manat və ya 39,11% artıb. Əgər nəticəni qismən fevral devalvasiyanın adına çıxmaq olarsa (ABŞ dollarına nisbətdə - 34,5%) digər qaytarılmayan hissəni həm sahibkarların, həm də istehlak krediti istifadəçilərinin imkanlarının azalması ilə əsaslandırmaq olar. Belə ki, təkcə bir ay ərzində - sentyabrın 1-i üçün problemli kreditlərin həcmi 20,2 mln. manat (1,51%) artıb.
AMB-nin məıumatına görə, ay ərzində iqtisadiyyata kreditlər şəklində investisiyalar azalıb: - 982,3 mln. manat və ya 4,89%. AMB bunu Azərbaycan Beynəlxalq Bankında restrukturizasiya tədbirləri ilə əsaslandırır.--17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz