FinEx Kreditin istiqrazları yerləşdirilir
Nisbətən gənc olan (2013-cü ilin oktyabrında yaradılıb) «FinEx Kredit» qeyri-bank kredit təşkilatı $400 min məbləğində istiqrazlar yerləşdirməyə başlayıb.
Bakı Fond Birjasının məlumatına görə, təminatsız kağızların emissiyası qeyri-kotirovka vərəqinə daxil edilib və nominalı $500 olan 800 istiqrazdan ibarətdir.
Yerləşdirmə müddəti 720 gün, gəlirlilik 14%dir. Anderrayter Texnika Kapital Menecment MMC-dir.
«FinEx Kredit» əldə edəcəyi vəsaiti kiçik və orta müəssisələrin lizinq əməliyyatlarının maliyyələşməsinə yönəltmək istəyir. «FinEx Kredit»in nizamnamə kapitalı 500 min manatdır. Səhmdarları 1 hüquqi və 2 fiziki şəxsdir. --17D—
-
- Cəmiyyət
- 5 Mart 2015 13:21
-
- İqtisadiyyat
- 5 Mart 2015 13:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz