- İqtisadiyyat
- 28 Dekabr 2013, 11:03
- 184
Gələn ilin ortasından Azərbaycanın 13 bankı Zolotaya Korona ödəniş sistemi ilə əməkdaşlığı dayandırır
2014-cü il yanvar ayının 15-dən etibarən ölkənin 13 aparıcı bankı Zolotaya Korona pul köçürmələri sistemi üzrə xidmət göstərməyəcək.
Yerli banklardan biri bildirir ki, bu qərar bankların Zolotaya Korona sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlıq səmərəliliyinin az olması ilə bağlıdır.
Bankların Zolotaya Korona sistemi ilə 2013-cü il ərzində davam edən danışıqları müsbət nəticələnməyib və bu səbəbdən banklar adıçəkilən sistem üzrə xidməti dayandırmaq qərarını vermək məcburiyyəti qarşısında qalıblar, deyə məlumatda bildirilir.
Siyahıya Аccess Bank, Аta Bank, Bank of Azerbaijan, Bank of Baku, Bank Respublika, Bank Technique, Bank Standart, Dəmir Bank, Kapital Bank, Muğan Bank, Unibank, Xalq Bank və Azərbaycan Beynəlxalq Bankı daxildir.—15D--
-
- Siyasət
- 28 Dekabr 2013 00:59
-
- İqtisadiyyat
- 28 Dekabr 2013 11:17
İqtisadiyyat
-
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin mühüm halqası olaraq, 2024-cü ildə 7,6 milyon ton yük qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 3,2% artım deməkdir. Bu artım limanın qlobal ticarətdə artan rolunu və Çin, Türkiyə, Gürcüstan, İran və Rusiya kimi ölkələr üçün tranzit qovşağı kimi əhəmiyyətini vurğulayır.
-
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi Milli Neft Şirkətindən (ADNOC) şelfdə yerləşən SARB və Umm Lulu konsessiyasındakı 3%-lik payı 285 milyon dollara alıb. Bu, iki ölkə arasında enerji əlaqələrinin dərinləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Müqavilə 2024-cü ilin may ayında bağlanıb və 2025-ci ilin yanvarında yekunlaşıb.
-
Bakı Kiçik və Orta Biznes (KOB) Evi və Miniboss Biznes Məktəbi uşaqlarda sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş anlaşma memorandumu imzalayıblar. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bazar ertəsi məlumat yayıb.
-
2025-ci ildə Azərbaycanın informasiya təhlükəsizliyi və rəqəmsal infrastrukturu təzyiq altında qalır, çünki ekspertlər Milli İnternet Mübadilə Mərkəzinin (İnternet Exchange Point - IXP) olmamasını vurğulayırlar. Multimediya QHT-nin rəhbəri Osman Gündüz İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyini (İKTA) əsas provayderlər olan Azertelecom, Delta Telecom, AzTelekom və qlobal sənaye liderləri ilə əməkdaşlıq edərək Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına rəhbərlik etməyə çağırıb.
Rəy yaz