- İqtisadiyyat
- 28 Dekabr 2013, 11:17
- 245
Det.Al Aluminium şirkəti istehsalını 100 min tona çatdırır
Det.Al Aluminium Complex gələln il ilkin alüminium istehsalı üzrə ikinci mərhələni başa çatdırıb istehsal gücünü ildə 100 min tona çatdıracaq. Bu ilin oktyabrında şirkət alüminium yarımfabrikat istehsalı üzrə iki zavodu istismara verib, deyə Turan-a “Det.Al Holding” MMC-nin Bakı ofisində bildiriblər.
İldə 50 min ton ilkin alüminium istehsalı üzrə I mərhələ 2011-ci ilin oktyabrında istismara verilmişdi. Xammalı (gil-torpaq) “Azəralüminium” tədarük edir. Bu gün şirkət ildə 53 min ton məhsul istehsal edir.
İsti və soyuq metal prokatı zavodları, həmçinin rəngləmə xətti 35 min ton adi alüminium rulon və təbəqə istehsal etmək və 15 min ton məhsul rəngləməyə imkan verir. Burda 0,2-0,6 mm qalınlıqda tikinti sektoru və energetika müəssisələri üçün müxtəlif rəngli məhsul istehsal edilir. Mal İtaliya, Türkiyə, Asiya ölkələrinə ixrac edilir, daxili bazarda satılır.
DETAL Aluminium Complexin təməli 3 mart 2008-ci ildə qoyulub. Holdinqdə 900 nəfər çalışıb. Orta maaş 560 manatdır.
“Det.Al Holding”də Turan-a bildiriblər ki, bu ilin martında burda gücü 750 min ton gücündə poladəritmə zavodu dəmir filizi zənginləşdirmə, pellet zavodu və reduksiya zavodundan ibarət layihənin icrasından imtina ediblər. Bu layihələrə $630 mln qoymaq planlaşdırılırdı. İmtinaya səbəb Daşkəsəndəki dağ-mədən istehsalının dövlətə qaytarılması olub. Dövlət başçısının fərmanı ilə “Azərbaycan Polad İstehsali Kompleksi” QSC yaradılıb. Ona tapşırılıb ki, Daşkəsən və Gəncədə polad istehsalı üçün bütün istehsal mərhələləri yaradılsın.
-
- Cəmiyyət
- 28 Dekabr 2013 11:47
İqtisadiyyat
-
2024-cü ildə Azərbaycanda sürətlə genişlənən müəssisələrin, xüsusilə sürətlə böyüyən qeyri-neft sektorunda əhəmiyyətli artımı müşahidə olunub. Hökumət iqtisadi diversifikasiyanı prioritet etdikcə, mədənçilik, logistika, kənd təsərrüfatı və istehsal kimi sahələrdə fəaliyyət göstərən şirkətlər iqtisadi irəliləyişin əsas hərəkətverici qüvvələrinə çevrilib.
-
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ildə Azəri-Çıraq-Günəşli (AÇG) neft yataqlarından əldə olunan gəlirlərin 10,7% azalaraq ötən ilə nisbətən 740,7 milyon dollar az olduğunu açıqlayıb. ARDNF-nin məlumatına görə, AÇG-dən 2024-cü ilin əvvəlindən yanvarın 1-dək ümumi gəlir 6,16 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövründəki 6,89 milyard dollar ilə müqayisədə azalma göstərir.
-
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 2024-cü ildə təhlükəsizliyin, dayanıqlılığın və xidmət keyfiyyətinin artırılmasına yönəlmiş genişmiqyaslı nəqliyyat islahatları çərçivəsində taksilərin orta yaşını 15-dən 7 ilə endirib.
-
Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) 2024-cü ildə dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqlarını aşkarlayıb ki, bu da 2023-cü illə müqayisədə 23%-lik artımı göstərir. Bu həftə açıqlanan rəsmi məlumatlara əsasən, boşluqlar ciddi narahatlıq doğurur.
Rəy yaz