Gəncə Şərab Zavodu kapitalını 4 dəfə artırıb
“Gəncə Şərab-2” nizamnamə kapitalını 2 mln 545,6 min manatdan 10 mln 685,3 min manata artırıb. Qərb regionunda ən iri zavodun kapitalı səhmlərin nomanlının 4 manatdan 16 manat 79 qəpiyə yüksəldilməsi yolu ilə artırılıb.
Səhmlərin konvetrasiya 18 noyabrda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb.
Gəncə Şərab Zavodu №2 1997-1998-ci illərdə I özəlləşmə proqramı çərçivəsində özəlləşdirilib. Müəssisəyə 3 fiziki şəxs nəzarət edir. Dövlətstatkoma görə, 2013-cü ildə Gəncədə 264,7 min dekalitir araq (+6%), 476,8 min dal üzüm şərabı (+4,9%) 3 min dal (-39%) brendi istehsal edilib.
Qərb regionunda bir neçə şərab zavodu var. Onların ən böyüyü “Vinagro” MMC-yə məxsus Göygöl Şərab Zavodudur. Bu zavod saatda 3 000 butulka brendi və şərab, 6 000 butulka araq istehsal edə bilir. Statistikaya görə, 2013-cü ildə müəssisə 22,2 min dal araq (-43,8%) və 150,6 min dal şərab (+14,6%) istehla edib. 2009-cu ildə 174 min dal şərab istehsalı barədə hesabat verən müəssisə sonradan kölgəyə çəkilib. Amma şadlıq evlərində yerli araqlardan daha çox Göygöl Şərab Zavodunun “Xan” markasına rast gəlinir. Bu zavoda qeyri-rəsmi olaraq prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov nəzarət edir. 08B
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 13:50
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 14:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz