TRACECA ilə tranzit yük daşımaları 15.6% azalıb
2014-cü ilin 3 rübündə “İpək Yolu” ilə Azərbaycan ərazisindən yük daşımaları həcmi 9 mln 261,5 min ton olub. Bu, ötən ilin eyni dövründəkindən 15,6% azdır, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
DSK-nın məlumatına görə, TRACECA dəhlizində ciddi azalma dəmiryolu daşımalarında olub: ilin əvvəlindən dəmiryolçular 3 mln 237 min ton tranzit yük daşıyıb. Bu, ötən ilin eyni dövründəkindən 33,9% azdır. Su nəqliyyatı ilə daşımalar (6 mln ton) cəmi 0,9% azalıb.
İlin 9 ayında TRACECA dəhlizinin Azərbaycan ərazisindən yük daşımalarından mədaxil 92 mln 46,6 min manat olub. Bu, ötən ilkindən 14,3% azdır.
Azərbaycan ərazisindən yük daşımalarının Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Dəniz Limanı istismara veriləndən sonra artacağı gözlənilir. 08D
-
- Cəmiyyət
- 19 Noyabr 2014 13:46
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 14:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz