Gömrükçülərin aylıq vəzifə maaşlarına əlavələr iki dəfə artırılıb
Bu aydan etibarən gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi yox, 50%-i xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavə ediləcək. Prezident İlham Əliyev müvafiq fərmanı fevralın 29-da imzalayıb.
Gömrük Sisteminin İnkişafı Fondu 1997-ci ildə yaradılıb. Onun mənbəyi (http://www.e-qanun.az/framework/4176) qeyri-kommersiya yükləri üzrə kommersiya yığımı; qaçaqmalçılıq və gömrük qaydalarının pozulması yolu ilə keçirildiyi üçün müsadirə edilən malların satışından əldə edilən vəsait; müsadirə edilən valyuta və s-dir.
Müşahidəçilərin fikrincə, tarif əmək haqqı və əlavədən başqa, gömrükçülər bu ilin əvvəlinə kimi həcmi vəzifəsindən asılı olan «pul zərfi» də alıb. «Pul zərfi»nin mənbəyi xarici iqtisadi əlaqələrin iştirakçılarından toplanan rüşvətdir. İnhisarçılıq və korrupsiya ilə mübarizə çərçivəsində bu vəsaitin verilməsi dayandırılıb.
Qanunvericiliyə zidd olaraq, DGK büdcədənkənar inkişaf fondunun mədaxili və vəsaitlərin xərclənmə istiqaməti barədə hesabatı açıqlamır. 08D
-
- İqtisadiyyat
- 2 Mart 2016 10:33
-
- İqtisadiyyat
- 2 Mart 2016 10:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz