Göygöl rayonu ərazisində qızıl yatağı tapılıb. Tülallar qızıl yatağının 80 ton qızıl, 290 ton gümüş ehtiyatı olduğu hesablanıb, - deyə rəsmi KİV bildirir.
AMEA Geologiya və Geofizika İnstitutu və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin əməkdaşları Göygöl rayonunun Tülallar kəndi ərazisində aşkarlanmış qızıl yataqlarına ezamiyyətə gediblər. Burdakı qızıl cari məzənnə ilə $ 3,4 mlrd qiymətindədir.
Ötən il Azərbaycanda 1 ton 619,2 kq qızıl (+3,6%) və 630 kq gümüş (+0,7%) hasil edilib. Hazırda Gədəbəy və Qoşa yataqlarında 21 avqust 1997-ci il tarixli Production Sharing Agreement sazişlə hasilat aparılır.
Saziş 6 yatağın işlənməsini nəzərdə tutur Naxçıvanda 1, Gədəbəydə 2, Kəlbəcər və Zəngilanda 3.
Hökumətin payı 51%, Anglo Asian Mining PLC şirkətinin payı 49%-dir. İlk qızıl 2009-cu ildə Gədəbəydə çıxarılıb Qoşa yatağlnda hasilat 2013-cü ilin III rübündə başlayıb.
Bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılacaq. --17D—
-
- Cəmiyyət
- 14 Avqust 2014 15:34
-
- İqtisadiyyat
- 14 Avqust 2014 15:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz