7 ildə Bakı-Tbilisi-Qars yolunda 30 kilometr
İlin sonuna kimi Bakı-Tbilisi-Qars yolunun Gürcüstan hissəsində tikinti işləri başa çatacaq, deyə nəqliyyat naziri Ziya Məmmədov bu gün Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının 20-ci iclasının yekunu ilə bağlı bildirib.
«Dəmir yolunun Gürcüstan hissəsində Türkiyə sərhədinədək çəkilməli olan 20 kilometrdən bir qədər çox məsafə qalıb. Bu hissənin tamamlanması üçün elə də ciddi problem yoxdur. “Hazırda reyslərin düzülməsi üçün işlər aparılır. Oktyabr ayında həmin hissənin tikintisi tamamlanacaq», - deyə Məmmədov bildirib. İlin sonuna kimi Axalkalaki stansiyasında tikinti işləri başa çatacaq.
Nəqliyyat naziri bildirib ki, ümumiyyətlə, gələn il Türkiyə ərazisində də tamamlama işləri həyata keçiriləcək və beləliklə, BTQ dəmir yolu istismara tam hazır olacaq. Əvvəllər bildirildiyi kimi, 2014-cü ilin oktyabrında ilk qatarın test buraxılışı olacaq.
BTQ-nin yaradılması barədə hökumətlərarası saziş 2007-ci ildə bağlanılıb. Layihə 98 km uzunluğunda Qars-Axalkalaki dəmir yolunun çəkilişini, Gürcüstanda 183 km yolun yenidən qurulmasını nəzərdə tutur.
Gürcüstan hissəsinin tikintisini Azərbaycan maliyyələşdirir. Bu məqsədlə Gürcüstana $775 mln güzəştli kredit ayrılıb.–17С—
-
- İqtisadiyyat
- 14 Avqust 2014 15:42
-
- Siyasət
- 14 Avqust 2014 16:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz